İspaniya Ukraynaya döyüş sursatı göndərir

Dünya

17.09.2022 - 22:40

Həkimlər Klinikalar SEO Xidməti

Beş nəqliyyat təyyarəsi Ukraynaya yola düşüb

İspaniya Ukraynaya iri çaplı artilleriya sistemləri üçün sursat göndərib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus, iriçaplı artilleriya sistemləri üçün döyüş sursatı ilə silahlanmış beş nəqliyyat təyyarəsi Ukraynaya yola düşüb.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri üçün ləvazimatlar olan 20 yük maşını göndərilib.

Bundan əvvəl daxili işlər nazirinin müşaviri Anton Qeraşenko teleqram kanalında bildirib ki, Ukrayna İspaniyadan iri çaplı artilleriya sursatları alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş