İspaniya Qırmızı dənizdəki əməliyyatlarda Avropa İttifaqının iştirakı ilə bağlı vetosunu ləğv edir

Dünya

24.12.2023 - 14:02

cedabet dərman SEO Xidməti

Vetonun ləğv edilməsinə baxmayaraq, İspaniya missiyada iştirak etməyəcək

İspaniya ABŞ-ın Qırmızı dənizdə husilərə qarşı əməliyyatında Avropa İttifaqının (Aİ) iştirakına dair ölkənin əvvəlki vetosunu ləğv edəcək. AYNA xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.

Qeyd olunub ki, vetonun ləğv edilməsinə baxmayaraq, İspaniya missiyada iştirak etməyəcək.

Bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı husiləri pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək Qırmızı dənizdə Norveç və Hindistan bayrağı altında üzən iki neft tankerinə hücum etməkdə ittiham etmişdi.

Bununla yanaşı, dünyanın ən böyük yük daşıyıcısı, Danimarka gəmiçilik şirkəti “Maersk” Qırmızı dənizdə husilərin hücumları səbəbindən Afrika ətrafında Asiyadan konteyner daşımalarına əlavə ödənişlər tətbiq edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş