İşini itirmiş ukraynalıların sayı açıqlanıb

Dünya

12.05.2022 - 01:21

Döyüşlərdə eskalasiya olacağı təqdirdə işsizlərin sayı 7 milyon nəfərə çatacaq

Ukraynanın Rusiya tərəfindən işğalı başlayandan təxminən 4,8 milyon ukraynalı işini itirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının məlumatında bildirilib.

Qeyd olunub ki, döyüşlərdə eskalasiya olacağı təqdirdə işsizlərin sayı 7 milyon nəfərə çatacaq. Döyüşlərin dərhal dayanacağı təqdirdə isə 3,4 milyon ukraynalı iş yerinə qayıda biləcək.

Məlumatda vurğulanıb ki, işini itirən 4,8 milyon ukraynalının 1,2 milyonu qaçqına çevrilib və qonşu ölkələrə üz tutub. Yerdə qalan 3,6 milyon işsizin isə hazırda Ukraynada olduğu bildirilib.

Müəllif: Ayna.az