İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq - RƏSMİ

Xəbərlər

30.11.2023 - 13:37

“Azad edilmiş ərazilərdə yaxın gələcəkdə həyat tamamilə bərpa ediləcək”

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq. AYNA xəbər verir ki, bunu Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev noyabrın 30-da parlamentdə keçirilən “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə deyib.

Prezidentinin Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, Ermənistanın işğalından azad edilmiş ərazilərdə yaxın gələcəkdə həyat tamamilə bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq.

Müəllif: Ayna.az