Təşkilatın qurultayında yeganə namizəd 279 səslə rəhbər seçilib
Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilib. AYNA xəbər verir ki, qurultayda partiyaya yeni başqan seçilib.
Səsvermədə 282 qurultay nümayəndəsindən 279-u İsa Qəmbərin lehinə səs verib. Beləliklə, İ.Qəmbər partiyanın rəhbəri seçilib.
Qeyd edək ki, İ.Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəd olub.
Xatırladaq ki, İ.Qəmbər partiya bərpa olunandan 2014-cü ilədək Müsavatın başqanı olub. Bundan əvvəl isə başqan Arif Hacılı idi.