İş yoldaşını itələyib yıxdı, faciə baş verdi

Hadisə

26.07.2023 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda iş yoldaşını ehtiyatsızlıqdan öldürən şəxslə bağlı cinayət işi başlanıb

İyulun 26-da saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsindəki restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş