“İş № 1112” –Əhməd Cavad barədə film çəkilib - VİDEO

Cəmiyyət

18.01.2023 - 19:55

Filmdə Əhməd Cavadın repressiyaya məruz qalmasından, çətin həyatından bəhs edilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın xatirəsinə film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AYNA-ya verilən məlumata görə, QSC-nin İctimai-siyasi proqramlar studiyasının tarix şöbəsi tərəfindən repressiya qurbanları haqqında “İş nömrəsi” adlı silsilə filmlərin çəkilişlərinə start verilib.

Filmdə Əhməd Cavadın repressiyaya məruz qalmasından, çətin həyatından bəhs edilib. Sənədli filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Cavadın nəticəsi, tarixçi Nəsiman Yaqublu və digərləri iştirak edib.

Filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Mikayılovdur.

“İş № 1112” filmi иг пцт saat 22:20-də AzTV-də yayımlanacaq.

Müəllif: Ayna.az