İrəvanda polis idarəsinə silahlı basqın edilib

Dünya

24.03.2024 - 18:43

İdarənin binası yaxınlığında partlayış baş verib

İrəvanın Nor Nork rayon polis idarəsində fövqəladə vəziyyət yaranıb. AYNA erməni mediasına istinadən bildirir ki, “Facebook” sosial şəbəkəsinin istifadəçisi Armine Melkonyan səhifəsində video yayımlayıb və Nor Nork rayonunda silahlı şəxslərin polis idarəsinin binasına daxil olduğunu bildirib.

Videoda partlayış səsi eşidilir.

Polisdən bildirilib ki, orada nə baş verdiyini öyrənmək üçün hadisə yerinə gedirlər.

Polis təfərrüatları açıqlamayıb, sadəcə olaraq hadisə ilə bağlı onlara məlumat daxil olduğunu qeyd edib.

Müəllif: Ayna.az