İrəvanda müxalifətin 4 istiqamətdə avtoyürüşü keçirilir

Dünya

16.05.2022 - 12:06

Ermənistan polisi keçirilən avtoyürüşün 21 iştirakçısını saxlayıb

Bu gün səhər Ermənistan paytaxtı İrəvanda müxalifət tərəfdarlarının hökumətin istefası tələbi ilə avtoyürüşü keçirilib. AYNA erməni mediasına istinadən bildirir ki, polis müxalifətin İrəvanda təşkil etdiyi avtoyürüşün 21 iştirakçısını saxlayıb. 

Saxlanılanlar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi ilə (polisin qanuni tələblərinə tabe olmama) təqsirli bilinirlər.
 
Qeyd edək ki, İrəvanda hökumətin istefası tələbi ilə keçirilən etiraz aksiyaları çərçivəsində dörd istiqamətdən avtoyürüş başlayıb. 

Xatırladaq ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. 

Müəllif: Ayna.az