Aksiyaçılar Ermənistanın Müdafiə Nazirliyinin binası qarşısına toplaşıblar
İrəvanda əsgər valideynləri Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. AYNA erməni mediasına istinadən bildirir ki, etirazçılar suallarına cavab almaq üçün qarşılarına keçmiş müdafiə naziri David Tonoyanın çıxmasını tələb edirlər.
İtkin düşmüş hərbçilərin yaxınları hesab edirlər ki, həmin hərbçilər arasında yaralılar, müalicəyə ehtiyacı olanlar var. Amma rəsmi qurumlar bu barədə açıqlama vermir.
Hakim “Mənim addımım” blokundan olan deputat Andranik Köçəryan etirazçıların qarşısına çıxıb və qaldırılan məsələlərin hökumət tərəfindən müzakirə ediləcəyini, bundan sonra etirazçılara məlumat veriləcəyini söyləyib.
Köçəryan jurnalistlərə açıqlamasında məsələnin Rusiya rəhbərliyi ilə müzakirə olunduğunu söylədi.
Etirazçılar isə Müdafiə Nazirliyinin binası qarşısında izahat gözləyirlər.