İrəvanda 4 istiqamətdən itaətsizlik yürüşləri başlayıb

Dünya

10.05.2022 - 14:45

Saat 19:00-da isə “Place de France”da mitinq keçiriləcək

Ermənistanın paytaxtı İrəvanda müxalifət qüvvələrinin itaətsizlik yürüşü başlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, yürüş şəhərin 4 istiqamətindən başlayıb. 
 
Birinci yürüş “Megamall” ticarət mərkəzindən, ikincisi Raffi küçəsindən, üçüncü yürüş 15-ci məhəllədən və dördüncüsü David Sasunskinin abidəsi önündən başlayıb.

Saat 19:00-da isə “Place de France”da mitinq keçiriləcək.

Qeyd edək ki, Ermənistan Parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bildirmişdi ki, mayın 10-da saat 12:00-da dörd istiqamətdə yürüşlərə və itaətsizlik aksiyalarına başlayacaqlar.

Xatırladaq ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. 

Müəllif: Ayna.az