İraqın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Xəbərlər

08.04.2025 - 20:08

Həkimlər Klinikalar SEO Xidməti

Şiya əs-Sudani: "Uca Allahdan Sizə cansağlığı və səadət, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram"

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AYNA.AZ xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Uca Allahdan Sizə cansağlığı və səadət, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş