İraqda Türkiyə ordusunun əsgəri həlak olub

Dünya

14.05.2022 - 05:48

Bir neçə hərbçi yaralanıb

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatında 1 əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb. Bu barədə AYNA Türkiyə mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular tərəfindən “Pençe-Kilit” əməliyyatı bölgəsində yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində sıravi Selman Gülər ​​şəhid olub.

Partlayış nəticəsində 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Müəllif: Ayna.az