İraq hakimiyyəti səbəbi açıqlayıb
İraq hakimiyyəti ölkədə “Telegram” messencerinin bloklandığını rəsmən bəyan edib. AYNA xəbər verir ki, bu barədə İraqın Rabitə Nazirliyinin məlumatında qeyd olunub.
““Telegram”ın bloklanması ölkənin milli təhlükəsizliyi ilə bağlı səlahiyyətli orqanların göstərişləri əsasında, həmçinin messencer tərəfindən müşahidə olunmayan vətəndaşların şəxsi məlumatlarının qorunması məqsədilə həyata keçirilib”, - bəyanatda vurğulanıb.