İraqda 11 terrorçu zərərsizləşdirilib

Dünya

08.05.2022 - 03:57

Türkiyə 2017-ci ildən bəri Suriyanın şimalında üç hərbi əməliyyat keçirib

Türkiyə Müdafiə Nazirliyi Suriyada PKK-ya qarşı əməliyyatlarla bağlı yeni məlumat yayıb. AYNA nazirliyə istinadən xəbər verir ki, Türkiyə xüsusi təyinatlıları PKK-nın 11 terrorçusunu zərərsizləşdirib. Terrorçular Suriyanın şimalında keçirilən əməliyyat çərçivəsində məhv edilib.

Mayın 4-də Türkiyə Müdafiə Nazirliyi Suriyanın eyni bölgəsində 24 yaraqlının məhv edildiyi barədə məlumat yaymışdı.

Türkiyə 2017-ci ildən bəri Suriyanın şimalında üç hərbi əməliyyat keçirib, nəticədə Hələbin şimalında təhlükəsizlik zonası yaradılıb, Afrin terrorçulardan təmizlənib.

Müəllif: Ayna.az