Həsən Ruhani valyuta fırıldaqlarında ittiham olunur
İranın keçmiş Prezidenti Həsən Ruhaniyə qarşı maliyyə fırıldaqları ittihamı ilə bir neçə iş açılıb. AYNA xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məhkəmə prosesi İranın Ruhanilər üzrə Xüsusi Prokurorluğunun təşəbbüsü ilə keçirilib. Ölkənin sabiq Prezidenti valyuta fırıldaqlarında ittiham olunur. O, birjanın fəaliyyətinə müdaxilədə də şübhəli bilinir.
Ədliyyənin sözçüsü Məsud Setayeşi bildirib ki, İranın keçmiş Prezidenti, ruhani rütbəsi olan Ruhaniyə qarşı ruhanilər üçün xüsusi prokurorluqda bir neçə iş qaldırılıb. Ruhani burada bir sıra suallara cavab verməli olacaq.
Xatırladaq ki, H.Ruhani 2013-2021-ci illərdə İran Prezidenti olub.