İranın hərbi gəmiləri Bakıya gəlib

Xəbərlər

07.08.2022 - 18:42

“Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər

İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, katerlər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcəklər.

Müəllif: Ayna.az