Yeraltı təkanlar Ordubad stansiyasından 68 km cənub-qərbdə qeydə alınıb
İrandakı zəlzələ Naxçıvanda hiss olunub. Bu barədə AYNA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ordubad stansiyasından 68 km cənub-qərbdə, İranda zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvan MR-da 3 bala qədər hiss olunub.