28 nəfər yaralanıb
İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.
AYNA İran mediasına istinadən bildirir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.