Zərərçəkənlərin tənəffüs, ürək-damar və görmə sistemlərində problemlər var
İranın Sistan əyaləti və ölkənin cənub-şərqindəki Bəlucistan əyalətini əhatə edən qum fırtınası nəticəsində ən azı 733 nəfər xəsarət alıb.
AYNA “Mehr” agentliyinə istinadən bildirir ki, bu barədə Tibb Elmləri Universitetinin məlumatında qeyd edilib.
Bildirilib ki, son dörd gündə ən azı 733 nəfər Sistan və Bəlucistanın şimalındakı tibb müəssisələrinə müraciət edib. Onlardan 58-i hələ də ekspertlərin nəzarəti altında qalmağa məcburdur.
Həkimlər zərərçəkənlərin tənəffüs, ürək-damar və görmə sistemlərində problemlərin olduğunu deyirlər.