"Qəzanın araşdırılması üçün hadisə yerinə mütəxəssislərdən ibarət qrup göndərilib"
İranın Müdafiə Nazirliyinə məxsus sənaye kompleksində qəza baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 1 nəfər ağır yaralanıb.
İran Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, Tehranın yaxınlığındakı Parçin bölgəsində yerləşən sənaye kompleksində ordu üçün məhsullar istehsal olunur.
"Qəzanın araşdırılması üçün hadisə yerinə mütəxəssislərdən ibarət qrup göndərilib", - açıqlamada vurğulanıb.