İranda daşqın nəticəsində ölənlərin sayı artıb

Dünya

31.07.2022 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

Daha 45 nəfər itkin düşənlər siyahısındadır

İranda genişmiqyaslı daşqınlar nəticəsində bir həftə ərzində azı 69 nəfər ölüb.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Təşkilatının sədr müavini Nejad Cahani məlumat verib.

Cahaninin sözlərinə görə, ölənlərdən altısı İraq vətəndaşıdır.

Həməçinin, daha 45 nəfər itkin düşənlər siyahısındadır.

Qeyd edək ki, təbii fəlakət İranın 31 əyalətindən 24-nə zərər vurub.

Meteoroloqlar avqustun 1-dək dağlarda və çayların sahilində gəzintidən çəkinməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş