Görüşdə əsas müzakirəçilər Abbas Əraqçi və Stiv Vitkoff olacaq
Omanda keçiriləcək ABŞ-İran görüşündə əsas müzakirəçilər İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkoff olacaq.
AYNA.AZ xəbər verir ki, bu barədə İranın “NourNews” agentliyi məlumat yayıb.
Bir gün əvvəl Əraqçi İran və ABŞ nümayəndələrinin aprelin 12-də yüksək səviyyəli dolayı danışıqlar üçün Omanda görüşəcəyini açıqlamışdı.
O, qarşıdan gələn görüşü həm fürsət, həm də çağırış adlandırıb.