Tehrana qarşı yeni sanksiyalar tətbiq olunub
ABŞ-ın Maliyyə Nazirliyi İrana məxsus 27 internet resursunun bağlanması haqqında qərar qəbul edib. Bu barədə AYNA xarici mediaya istinadən xəbər verir.
Qərarda əsasən xəbər agentliklərinin saytlarının bağlanması nəzərdə tutulur. Bildirilir ki, bu saytlar ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə ediblər.
İran isə hesab edir ki, bu qərar düzgün deyil. Tehran seçkiyə müdaxilə iddiasını əsassız sayır.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib.