İran “Kövsər” peykinin təkmilləşdirilmiş versiyasını orbitə çıxaracaq

Dünya

24.01.2025 - 11:32

Həkimlər Klinikalar SEO Xidməti

yeni peyk 2024-cü il noyabrın 5-də orbitə buraxılan əvvəlki “Kövsər” və “Xodxod” modelləri əsasında hazırlanıb

İran martın 21-də özünün yerli istehsal etdiyi “Kövsər” peykinin təkmilləşdirilmiş versiyasını orbitə çıxarmağı planlaşdırır. AYNA İran mediasına istinadən bildirir ki, buraxılış planlarını aerokosmik şirkətin baş direktoru Hüseyn Şahabi Ali Rəhbər Seyid Əli Xameneinin özəl sektorun nailiyyətlərinə həsr olunmuş sərgiyə səfəri zamanı açıqlayıb.

Şahabi bildirib ki, “Kövsər 1.5” adı verilən yeni peyk 2024-cü il noyabrın 5-də orbitə buraxılan əvvəlki “Kövsər” və “Xodxod” modelləri əsasında hazırlanıb.

Bu peyklər müxtəlif vəzifələri yerinə yetirirlər: “Kövsər” uzaqdan zondlama üçün, “Xodxod” isə internet üçün istifadə olunur.

Şahabi qeyd edib ki, peyklər üçün komponentlərin 85%-dən çoxu İranda istehsal olunub.

“Bütün komponentlər xaricdən gətirilsə belə, bu peyklərin layihələndirilməsi və yığılması tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçirilib ki, bu da layihəni tamamilə yerli edir”, - o vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş