İranın rəsmi etiraz notası müvəqqəti işlər vəkilinə təqdim olunub
İran İsveçə nota verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, İsveç məhkəməsinin Həmid Nuri ilə bağlı qərarının ardınca bu ölkənin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Ona İranın rəsmi etiraz notası təqdim olunub.
İsveçin müvəqqəti işlər vəkili Həmid Nurinin işindən apellyasiya şikayətinin verilə biləcəyini xatırladıb.
Onun sözlərinə görə, İranın rəsmi etirazını tez bir zamanda ölkəsinə çatdıracaq.