İordaniyada təyyarə qəzası:  iki pilot həlak olub

Dünya

05.06.2022 - 23:47

Həkimlər Klinikalar SEO Xidməti

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib

İordaniya Kral Hərbi Hava Qüvvələrinə aid təyyarə təlim uçuşları zamanı qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində iki pilot həlak olub.

Silahlı Qüvvələri Baş Qərargahının məlumatında qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Qəzaya uğrayan təyyarə İrbid vilayətindəki boş əraziyə düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş