"İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası” mövzusunda maarifləndirmə layihəsi həyata keçirilib - FOTO

Xəbərlər

02.04.2022 - 23:10

Həkimlər Klinikalar SEO Xidməti

Bir sıra tibb müəssisələrində maarifləndirici görüşlər keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi “İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi (COVID-19 və digər kəskin respirator infeksiyalar, vərəm, hepatit, İİV/QİÇS və cinsi yolla keçən infeksiyalar)” layihəsinin icrasını davam etdirir. 

İcra planına əsasən, maarifləndirmə sessiyaları Nizami rayonu 4 saylı, Xəzər rayonu 7 saylı vərəməleyhinə dispanserlərdə, Xəzər rayonu 9 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında və Sumqayıt Vərəm Xəstəxanasında baş tutub.

Layihə çərçivəsində yoluxmadan qorunma və xəstəliklərin profilaktikası mövzusunda ərsəyə gətirilmiş animasiya filmi nümayiş etdirilib, pasientlərə maarifləndirici vəsaitlər, xəstəxana və dispanserlərin baş həkimlərinə isə afişalar paylanıb.

Görüşlər zamanı qeydə alınmış fikirlər, iş prosesi zamanı təklif edilən məqamlar layihənin sonunda müvafiq hesabata daxil ediləcək. Layihənin dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, vərəmin təsirinə məruz qalmış insanların üzləşdikləri sosial problemlərin həlli istiqamətində fəaliyyət göstərən “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi 2017 ci ildən etibarən bu sahədə xəstəliyə görə əlilliyin qiymətləndirilməsində, sosial müəssisələrə yerləşdirmədə, cəzaçəkmə müəssisələrindən azad olunumuş vərəmli pasientlərin üzləşdikləri sosial problemlərin həlli, keçmiş vərəm xəstəliyi olan şəxslərin müvafiq özünüməşğulluq fəaliyyətinə yönləndirmə istiqamətində bir çox nailiyyətlərə imza atıb.

Təşkilat 2017-ci ildən etibarən Səhiyyə Nazirliyi Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının üzvü, 2018-ci ildən Azərbaycan Vərəməleyhinə QHT Koalisyasının İdarə Heyətinin üzvüdür. Eyni zamanda bağlanmış qarşılıqlı anlaşma və nümayəndəlik memorandumu ilə 2020-ci ildən Birləşmiş Krallığın vərəmin təsirinə məruz qalmış insanların qlobal şəbəkəsinin TB PEOPLE –nin Azərbaycandakı rəsmi nüməyəndəsi, həmçinin “Cəzaçəkmə müəssisələrindən azad olmuş şəxslərin üzləşdikləri probelmin həlli istiqamətində dövlət strukturlarına müraciət” xətti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin mandat daşıyıcısıdr.

"İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası” mövzusunda maarifləndirmə layihəsi həyata keçirilib - "İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası” mövzusunda maarifləndirmə layihəsi həyata keçirilib - "İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası” mövzusunda maarifləndirmə layihəsi həyata keçirilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş