İmran Xanın həyat yoldaşı zaminə buraxılıb

Dünya

15.05.2023 - 17:53

Məhkəmə keçmiş Baş nazirin xanımını mayın 23-dək zaminə buraxıb

Lahor Şəhər Məhkəməsi Pakistanın keçmiş Baş naziri İmran Xan Büşra Bibini mayın 23-dək girov müqabilində sərbəst buraxıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xəbəri korrupsiya işində iştirakda təqsirləındirilən ər-arvadı müdafiə edən tərəf verib. Girovun məbləği açıqlanmayıb.

Bundan əvvəl Pakistanın Ali Məhkəməsi ölkənin keçmiş Baş nazirinin həbsini qanunsuz hesab edib.

İmran Xan və həyat yoldaşı korrupsiyada və Əl-Qadir Universitetinin yaradılması zamanı dövlət büdcəsindən 50 milyard Pakistan rupisi (təxminən 175 milyon dollar) oğurlamaq üçün Əl-Qadeer Trust ailə fondundan istifadə etməkdə ittiham olunur.

Müəllif: Ayna.az