İmişlinin qaz təchizatında fasilə yaranacaq

Xəbərlər

26.02.2024 - 10:59

Rayonun 2 qəsəbəsinin və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Qaz İxrac” idarəsi tərəfindən “İmişli 1” ölçü qovşağının təftiş edilməsi, həmçinin “İmişli 2” qaz ölçü qovşağının istismara verilməsi məqsədilə impuls xətlərinin çəkilməsi, çoxparametrli sensorun və daraldıcı qurğunun quraşdırılması ilə bağlı bu gün saat 14:00-dan 18:00-dək “İmişli 1” ölçü qovşağından qazın nəqlinin dayandırılması planlaşdırılır.

 “Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə İmişli şəhəri daxil olmaqla, rayonun 2 qəsəbəsinin (Yeni Bəhrəmtəpə və Bəhrəmtəpə Məcburi Köçkünlər qəsəbələri) və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual