İmişlidə yol qəzası olub, xəsarət alanlar var 

Hadisə

09.03.2024 - 21:36

Aranlı kənd sakinləri Şahin Kərimov və Şahmar Kərimov xəsarət alıblar

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun İmişli rayonunun Hacırüstəmli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı İmişli rayonunun Aranlı kənd sakinləri Şahin Kərimov və Şahmar Kərimov xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az