İlham Əliyev Stevo Pendarovskini təbrik edib

Xəbərlər

08.09.2023 - 11:39

cedabet dərman SEO Xidməti

Azərbaycan Prezidenti Şimali Makedoniya Prezidentinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.

AYNA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş