İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib

Xəbərlər

16.11.2024 - 17:56

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: "Bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi"

Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib Həzrətlərinə başsağlığı məktubu göndərib.

AYNA xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş