İlham Əliyev İranla bağlı danışdı: “Göstərdik ki, biz onlardan qorxmuruq”

Aktual

25.11.2022 - 13:41

"Heç vaxt Azərbaycanın ünvanına nifrət dolu bu qədər bəyanat verilməyib”

“Mən İranın üç sabiq prezidenti -Xatəmi, Əhmədnejad və Ruhani ilə işləmişəm. Bu uzun illər ərzində heç vaxt indiki sitaisya ortaya çıxmayıb”. AYNA bildirir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“İran heç bir vaxt bir neçə ay ərzində sərhədlərimizdə iki dəfə hərbi təlim keçirməyib. Heç vaxt Azərbaycanın ünvanına tam nifrət və hədə-qorxu dolu bu qədər bəyanatlar verilməyib”, - deyə dövlət başçısı qeyd edib.

Prezident deyib: “Biz həmişə istənilən anti-Azərbaycan addımlarına qarşı cavab vermişik və verəcəyik. Ona görə də biz İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Göstərdik ki, biz onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların sekulyar inkişaf vektorunu müdafiə etmək üçün mümkün olan hər şeyi edəcəyik. Bura İranda yaşayan azərbaycanlılar da daxildir. Onlar bizim xalqın bir hissəsidir”.

Prezident xatırladıb ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir: “Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”.

“Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”, - dövlət başçısı əlavə edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə