İlham Əliyev İbrahim Rəisiyə başsağlığı verib

Xəbərlər

30.05.2022 - 15:03

Həkimlər Klinikalar SEO Xidməti

"Çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi"

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı verib.

AYNA xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş