İlham Əliyev: “Geosiyasi vəziyyət dəyişib”

Aktual

05.04.2024 - 17:13

“Azərbaycan-Türkiyə birliyini pozmaq istəyənlərin arzuları puç olacaq”

“Geosiyasi vəziyyət dəyişib”. AYNA xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.

Müəllif: Ayna.az