İlham Əliyev Davosda Edqars Rinkeviçs ilə görüşüb

Xəbərlər

21.01.2025 - 13:52

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və Latviya prezidentlərinin görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.

AYNA xəbər verir ki, Edqars Rinkeviçs dövlətimizin başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlanıb.

Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş