İkili diplom proqramına müraciət etmək istəyənlərə xəbər var

Xəbərlər

14.02.2022 - 12:50

Həkimlər Klinikalar SEO Xidməti

Sənəd qəbulu martın 15-dək davam edəcək

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramına sənəd qəbulu aparılır.

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, ikili diplom proqramına qəbul 2022-2023-cü tədris ili üçün magistratura pilləsini əhatə edir. Proqram üzrə tədris ingilis dilində aparılacaq və 2 il davam edəcək.

İkili diplom proqramına sənəd qəbulu martın 15-dək davam edəcək.

Tələbə adını qazanmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanının birinci mərhələsində iştirak etmək zəruridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş