İki qazimizin Türkiyədə müalicəsi başa çatıb

Xəbərlər

19.08.2022 - 18:01

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə müalicə alan qazilərimiz ölkəyə qayıdıb

Türkiyədə müalicə alan qazilər - Qeybəliyev Kamran Bünyat oğlu və Əhmədov Aqil Mürsəl oğlu ölkəyə geri qayıdıblar. AYNA xəbər verir ki, bu barədə “YAŞAT” Fondunan bildirilib.

Bildirilib ki, Kamran Qeybəliyev 1 il 5 ay müddətində Türkiyədə müalicə alıb. Ağır yaralanan qazimiz Bayramov Hafis Talif oğlu isə müalicə məqsəd ilə Türkiyəyə göndərilib.

 “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 174 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş