İki il əvvəl törədilən oğurluğun üstü açılıb

Xəbərlər

03.07.2022 - 14:27

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ötən illərdən bağlı qalmış oğurluq hadisələrinin açılması və cinayət əməllərini törədən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan vətəndaşa məxsus 10 min 300 manat pul oğurlamaqda şübhəli bilinən şəxsin şəhər sakini, sonradan törətdiyi başqa bir oğurluq hadisəsinə görə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən Etiqad Səməndərli olduğu müəyyənləşib.

Dindirilmə zamanı həmin şəxs iki il əvvəl törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

Müəllif: Ayna.az