İctimai yerlərdə koronavirus xəstələri saxlanılıb

Xəbərlər

15.11.2021 - 15:29

Həkimlər Klinikalar SEO Xidməti

Yaşayış yerini tərk edən bir nəfər barəsində cinayət işi başlanılıb

Noyabrın 13-də və 14-də polis əməkdaşları tərəfindən respublika ərazisində üç nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.  AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumlarını məlumatlandırıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində Cinayət Məcəlləsinin 139-1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş