İcma: “Oskanyan, Beqleryan ağılda olan “müraciət”in müəllifləri...”

Xəbərlər

11.12.2023 - 14:45

“Ermənistan əgər sülhdə maraqlıdırsa, Azərbaycana qarşı yönəlmiş təxribatçı addımların qarşısını almalıdır”

“Tarixin arxivinə atılmış qondarma quruma aid bir sıra “təşkilatlar” beynəlxalq ictimaiyyətə “müraciət” ünvanlayıblar. “Müraciət”in ən gülünc hissəsi Qarabağa qayıdış üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün təhdid edən sarsaq şərtlərin qoyulmasıdır”. AYNA xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, Qarabağ erməniləri nəinki irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmir, həm də hələ də paralel dünyada yaşayırlar: “Hiss olunur ki, Vardan Oskanyan, Artak Beqleryan ağılda olan “müraciət”in müəllifləri son 35 il ərzində baş verənlərdən lazımi dərs çıxara bilməyiblər. Ermənistan hökuməti əgər həqiqətən də sülhdə maraqlıdırsa, onda Azərbaycana qarşı yönəlmiş bu cür təxribatçı addımların qarşısını almalıdır".

Müəllif: Ayna.az