“Husilər” ABŞ gəmisinə hücum ediblər

Dünya

13.11.2024 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Amerikanın təyyarədaşıyan gəmisinə zərbə endirilib

Yəməndə “Ənsar Allah” (husilər) hərəkatı Ərəb dənizində “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə hücum edib. AYNA xəbər verir ki, bu barədə “Almashhad Alyemeni” portalı məlumat yayıb.

Yəmən ordusunun briqada generalı Yəhya Saria bildirib ki, ona həvalə edilmiş bölmə qanadlı raketlər və pilotsuz təyyarələrdən istifadə etməklə səkkiz saatlıq “yüksək keyfiyyətli hərbi əməliyyat” keçirib. O qeyd edib ki, nəticədə Amerikanın ölkə ərazisindəki hədəflərinə hava hücumunun qarşısını almaq mümkün olub.

Təyyarədaşıyan gəmi ilə yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi “Husilər”in hədəfində olub. Gəmilərə hər hansı ziyanın dəyib-dəymədiyi məlum deyil.

Noyabrın 11-də “Ənsar Allah” Təl-Əvivin Yaffa bölgəsi yaxınlığında yerləşən İsrailin "Nahal Sorek" hərbi bazasına raket zərbəsi endirdiyini bildirib. Zərbə üçün “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edilib.

Müəllif: Ayna.az