Hüquq müdafiəçiləri Prezidentə müraciət etdilər

Xəbərlər

04.09.2022 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

İki hüquq-müdafiə təşkilatı Gəncə sakini Vüsal Süleymanovun həbsini əsassız hesab edirlər

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” və “İnsan Hüquqları və Qanunların Təbliği” hüquq-müdafiə təşkilatları Gəncə şəhər sakini Süleymanov Vüsal İlqar oğlunun həbsdə saxlanılmasını əsassız hesab edib və bu barədə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

AYNA xəbər verir ki, təşkilatların birgə müraciətində bildirilir ki, “Gəncə polisinin maraqları əsasında həbs olunan Vüsal Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun qeyri-obyektiv yanaşmasına görə artıq 3 ildir ki, əsassız  şəkildə həbsdə saxlanılıb”.

“Vüsal Süleymanovun Gəncə Appellyasiya Məhkəməsinin qərarından sonra növbəti məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsində 05 sentyabr 2022-ci il tarixində keciriləcək.  Biz bununla bağlı Prezidentə müraciət edərək prosesi nəzarətə götürməyi, məsələyə hərtərəfli, obyektiv və ədalətli baxılması üçün müvafiq tədbirlər görülməsini xahiş edirik”, - deyə müraciətdə vurğulanıb.

Müraciəti İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli və İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyinin sədri Gülşən Məmmədoğlu imzalayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş