Hövsanda su kəsiləcək

Xəbərlər

15.11.2024 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

Qəzanın aradan qaldırılması ilə bağlı qəsəbənin bəzi ərazilərində suyun verilməsində fasilələr yaranacaq

Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd olunub ki, sabah səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş