Miqrasiya ilə mübarizə üçün sərhəd nəzarəti tətbiq ediləcək
Hollandiya qeyri-qanuni miqrasiyaya qarşı daha geniş mübarizə çərçivəsində dekabrın 9-dan quru sərhədlərində əlavə nəzarət tətbiq edəcək.
AYNA “Eurointegration.com.ua”ya istinadən xəbər verir ki, dekabrın 9-dan hərbi polis insan qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə əlavə sərhəd nəzarəti həyata keçirəcək.
Nazirlər Kabineti Avropa İttifaqı ölkələri arasında Hollandiya sərhədindən insanların və malların sərbəst hərəkətinin altı ay müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edib.
Yoxlamaların nə dərəcədə intensiv aparılacağı hələlik bəlli deyil. Hazırda bu vəzifələr üçün hərbi polisin ştatları artırılmır.
Avropa İttifaqına üzv dövlətlər sərhəd nəzarətini yalnız gözlənilməz hallarda və ya fövqəladə hallarda bərpa edə bilərlər.
Hollandiya hökuməti sığınacaq axtaranların böyük axını olduğunu iddia edir və buna görə də sərhəd nəzarətinin gücləndirilməsinin haql tədbir olduğunu deyir.
Hazırda hərbi polis sərhəd keçidlərində yalnız təsadüfi yoxlamalar aparırlar.