“Hökumətdə anlayan varmı ki, proses haraya doğru gedir?”

Siyasət

17.07.2019 - 12:40

Azər Rəşidoğlu: “Təcili tam müstəqil düşüncə mərkəzləri formalaşdırılmalı, heç olmasa, daxili istifadə üçün obyektiv təhlillər aparılmalıdır”

 

“Avropadakı “söyüş müxalifəti”ni heç vaxt təqdir etməmişəm. Onların fəaliyyətini tənqid etdiyim üçün özüm də təhqirlərə məruz qalmışam. Söyüş yağdıranların bir hissəsinin hakimiyyətin bəzi nümayəndələrindən maliyyə və kompromat aldığını dəfələrlə vurğulamışam. “Zerkalo” və “Meydan TV”də dərc edilən müsahibələrimdə "söyüş müxalifəti"nin səbəb deyil, nəticə olduğunu vurğulamışam. Yəni vətəndaş cəmiyyətinin, medianın, siyasi partiya və mötədil dini qrupların sıradan çıxarılmasının, habelə hakimiyyətin buraxdığı kobud səhvlərin nəticəsi kimi “söyüş müxalifəti”nin meydana çıxdığını bildirmişəm”.

Ayna.az