Milli Məclisə növbədənkənar seçkilər keçiriləcəkmi – <font color=red> Əli Əhmədovdan cavab</font>

Siyasət

04.07.2019 - 12:47

Baş Nazirin müavini: “Ölkədə növbədənkəmar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur”

 

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər”.

 

AYNA xəbər verir ki, bu barədə jurnalistlərə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov açıqlama verib.

 

“Ölkədə növbədənkəmar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur. Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir” – Əhmədov bildirib.

 

“Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək. Bu ilin dekabrında isə növbəti bələdiyyə seçkiləri keçiriləcək” – deyə o, əlavə edib.

Müəllif: Ayna.az