Hindistanlı nazir Pakistan vətəndaşlarının deportasiyasını əmr edib

Dünya

25.04.2025 - 15:45

Həkimlər Klinikalar SEO Xidməti

Amit Şah pakistanlıların tezliklə vətənlərinə qayıtmasını təmin etmək üçün tədbirlər görməyi tələb edib

Hindistanın daxili işlər və əməkdaşlıq naziri Amit Şah bütün Pakistan vətəndaşlarını öz vətənlərinə deportasiya etmək əmri verib. AYNA.AZ xəbər verir ki, bu barədə ANI agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, hindistanlı nazir əməkdaşlarından bütün Pakistan vətəndaşlarını ştatlarda qeydiyyata almağı və onların tezliklə vətənlərinə qayıtmasını təmin etmək üçün tədbirlər görməyi tələb edib.

Şahın əməkdaşlar qarşısında təyin olunan müddətdən sonra Hindistanda heç bir pakistanlı qalmamasını təmin etmək vəzifəsi qoyduğu vurğulanır.

Bundan əvvəl Pakistanın Hindistanın sərhəd postlarını atıcı silahlardan atəşə tutduğu məlum olub. Hindistan ordusu qonşu ölkənin hərəkətlərinə "effektiv cavab verdiyini" açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş