Ölənlərin hamısı mağaranı ziyarətə gələnlər olub
Hindistanda leysan yağış nəticəsində 15 nəfər ölüb. AYNA NDTV kanalına istinadən xəbər verir ki, hadisə Amarnath mağarası ərazisində baş verib.
Daha 40 nəfərin itkin düşdüyü bildirilir. Hind-Tibet sərhəd polisinin nümayəndəsinin məlumatına görə, ölənlərin hamısı mağaranı ziyarətə gələnlər olub.
Məlumata görə, hava şəraiti sabitləşən kimi ziyarət gerçəkləşəcək.